İQTİSADİYYAT


Avropa İttifaqı ilə Azərbaycanın kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsi 237 milyon dollar olub

Bakı, 13 iyun, AZƏRTAC

Keçən il Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsi 237 milyon dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 13-də Bakıda keçirilən V Azərbaycan-Avropa İttifaqı biznes forumu çərçivəsində panel iclasda Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir qeyd edib ki, Azərbaycandan Aİ ölkələrinə 47,8 milyon dollarlıq məhsul ixrac edilib, 189 milyon dollarlıq kənd təsərrüfatı məhsulu isə ölkəyə idxal olunub. Mövcud potensialı nəzərə alaraq bu rəqəmləri artırmalıyıq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.