CƏMİYYƏT


Avropa İttifaqı ilə sosial sahədə icra olunan birgə layihələrə dair fikir mübadiləsi aparılıb

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında bir çox sahələrdə olduğu kimi, sosial sahədə də birgə layihələr əsasında fəal əməkdaşlıq təcrübəsi formalaşıb.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri kimi ölkəmizdə fəaliyyət müddəti başa çatan Kestutis Yankauskas ilə onlayn formatında keçirilən vida görüşündə vurğulayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın Aİ ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verdiyini vurğulayan nazir Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, əmək, məşğulluq, sosial müdafiə sahələrində genişmiqyaslı islahatların aparıldığını qeyd edərək həmin islahatlar prosesində Aİ ilə fəal əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb. Aİ-nin TACIS, Tvinninq layihələrinin, eləcə də Avropa Təlim Fondu ilə əməkdaşlığın sosial sahədə islahatlarda, sosial müdafiə sisteminin təkmilləşdirilməsi işlərində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

K.Yankauskasın ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycan ilə Aİ arasında münasibətlərin uğurla inkişaf etdiyini deyən S.Babayev bu sahədə verdiyi töhfəyə görə ona təşəkkür edib.

K.Yankauskas Azərbaycandakı fəaliyyəti dövründə ölkəmizlə, xalqımızla bağlı xoş təəssüratlara malik olduğunu vurğulayıb. O, sosial sahədə əməkdaşlığın inkişafının məmnunluq doğurduğunu bildirib.

Görüşdə Avropa İttifaqı ilə sosial sahədə icra olunan birgə layihələrə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.