DÜNYA


Avropa İttifaqı martda 27,7 milyard avroluq mənfi saldo ilə üzləşib

Roma, 16 may, AZƏRTAC

Mart ayında Avropa İttifaqının (Aİ) xarici ticarət kəsiri (mənfi saldo) 27,7 milyard avro təşkil edib.

AZƏRTAC xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, martda Aİ-nin ixracının dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz artaraq 220,5 milyard avro, idxalın dəyəri 40,4 faiz artaraq 248,2 milyard avro olub.

Martda Avrozonada ixracın dəyəri ötən ilin müvafiq ayı ilə müqayisədə 14 faiz artımla 250,1 milyard avro, idxal isə 35,4 faiz artaraq 266,5 milyard avro olub. Hesabat ayında Avrozonada 16,4 milyard avro mənfi saldo qeydə alınıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.