DÜNYA


Avropa İttifaqı mindən çox ukraynalı hərbçiyə təlim keçib

Avropa İttifaqı mindən çox ukraynalı hərbçiyə təlim keçib

Bakı, 3 dekabr, AZƏRTAC

Avropa İttifaqı təlim missiyası başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin mindən çox əsgərinə təlim keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel özünün tviter hesabında yazıb.

“Avropa İttifaqının Ukraynaya yardım missiyası tam potensialına çatıb. Hazırda 1100-dən çox ukraynalı əsgərə təlim keçirilir. Təlim üçün silahların əldə edilməsinə 16 milyon avro maliyyə vəsaiti ayrılacaq”, - deyə Jozep Borrel qeyd edib.

Noyabr ayında Avropa ölkələrinin liderləri Ukrayna üçün hərbi təlim missiyasının başladığını elan edib. Missiya çərçivəsində 24 ay ərzində 15 min ukraynalı hərbçiyə təlim keçirilməsi planlaşdırılır. Brüssel bu məqsədlə 106,7 milyon avro ayıracaq. Hərbçilər Polşa, Almaniya və digər Avropa ölkələrinin ərazisində təlim keçəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.