CƏMİYYƏT


Avropa İttifaqı missiyasına ölkəmizdə sosial sahədə aparılan islahatlar və milli prioritetlər barədə məlumat verilib

Bakı, 27 fevral, AZƏRTAC

Avropa İttifaqının (Aİ) Azərbaycan üzrə “2021-2027-ci illər üçün Çoxillik İndikativ Proqramlaşdırmanın aparılması prosesi ilə bağlı” missiyası ilə onlayn görüş olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir müavini Anar Kərimov sosial cəhətdən həssas əhali qruplarına qayğının artırılması sahəsində ölkəmizdə atılan addımları diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə məlumat verib. Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasının, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının formalaşdırılmasının həmin prioritetlər sırasında olduğunu deyib.

A.Kərimov DOST konsepsiyası, sosial təminat sisteminin aztəminatlı, həssas əhali qruplarına əlçatanlığının artırılması üçün aparılan islahatlardan bəhs edib. Sosial xidmət və reabilitasiya infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.

Missiyanın rəhbəri Vassilis Maraqos, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və digər missiya üzvləri ölkəmizdə aparılan sosial islahatlarla bağlı fikirlərini ifadə ediblər.

Görüşdə qeyd olunan proqramlaşdırma və əməkdaşlıq üçün üstünlük verilən istiqamətlərə dair fikir mübadilələri aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.