DÜNYA


Avropa İttifaqı növbəti beş ildə: təhlükəsizlik, iqlim, iqtisadi artım, miqrasiya və enerji resursları

Berlin, 11 iyun, AZƏRTAC

Bu gün Avropa İttifaqı 2024-cü ilədək strateji plan layihəsini açıqlayıb.

AZƏRTAC “Euronews” telekanalına istinadla bildirir ki, layihədə qarşıdan gələn beş ildə Aİ-nin təhlükəsizlik tədbirlərini gücləndirmək, iqtisadi artımı, əhalinin məşğulluğunu stimullaşdırmaq və iqlimin müdafiəsi uğrunda səyləri artırmaq istiqamətində strateji planı təqdim edilib. Bundan əlavə, Avropa İttifaqının daha da genişlənməsi və yeni üzv dövlətlərin qəbul edilməsi imkanları qeyd edilib, hərçənd namizəd ölkələrin adları çəkilməyib. Yalnız ümumi məqsəd təqdim olunub.

Sənəddə xüsusilə dəniz yolu ilə gələn qeyri-leqal immiqrantlara qarşı mübarizənin gücləndirilməsinə xüsusi diqqət yetirilib. Nəhayət, Aİ-nin enerji təchizatının təmin edilməsi mövzusuna ayrıca fəsil həsr olunub.

İyunun ikinci yarısında Avropa İttifaqının sammiti keçiriləcək. Hazırda açıqlanmış beş səhifəlik bu sənəd də məhz həmin məqsədə xidmət edir. Aİ-nin üzvü olan dövlətlərin hökumət məmurları strateji plan layihəsini sammitə qədər müzakirə edəcək və ola bilsin, ona düzəlişlər edəcəklər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.