DÜNYA


Avropa İttifaqı ölkələrində mənzillərin qiyməti 7,3 faiz artıb

Roma, 7 oktyabr, AZƏRTAC

Cari ilin ikinci rübündə Avropa İttifaqı (Aİ) ölkələrində mənzillərin qiyməti 7,3 faiz artıb.

AZƏRTAC xəbər verir ki, Avropa Statistika Bürosunun (Eurostat) məlumatına görə, Aİ ölkələrində mənzillərin qiyməti bu ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 2,7 faiz, 2020-ci ilin eyni dövrünə nisbətən isə 7,3 faiz artıb. Mənzil qiymətlərində ən böyük artım 16,1 faizlə Estoniyada baş verib. Sonrakı yerlərdə Danimarka (15,6 faiz) və Çexiya (14,5 faiz) qərarlaşıb.

Avro bölgəsində isə mənzillərin qiyməti əvvəlki rübə görə 2,6 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,8 faiz artıb.

Almaniyada mənzillərin qiymətində 10,9 faiz, Fransada 5,7 faiz, İspaniyada 3,3 faiz, İtaliyada 0,4 faiz, Niderlandda 12,8 faiz və Belçikada 7,4 faiz artım müşahidə olunub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.