DÜNYA


Avropa İttifaqı son on həftədə Ukraynaya 4 milyard avro yardım edib

Bakı, 6 may, AZƏRTAC

Avropa İttifaqı son on həftə ərzində Ukraynaya dəstək üçün 4 milyard avroluq yardım təqdim edib.

AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzetinin təşkil etdiyi vahid Avropanın gələcəyinə həsr olunan konqresdə çıxışı zamanı deyib.

Ukraynada çox şeyin risk altında olduğunu deyən siyasətçi bunun Avropa İttifaqının iqtisadiyyatı üçün stres testindən daha çətin olduğunu vurğulayıb.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri bu səbəbdən Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edib. Həmçinin Ukraynaya hərbi və humanitar yardımın da arası kəsilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.