ELM VƏ TƏHSİL


Avropa İttifaqı universitetlərinin təqdimatı olub

Bakı, 11 oktyabr, AZƏRTAC 

Oktyabrın 11-də 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi çərçivəsində Avropa İttifaqı universitetlərinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, təqdimatda iştirakçılara Avstriya, Latviya, Fransa, Rumıniya və Macarıstanda təhsil, Şərq Tərəfdaşlığı Avropa Məktəbi və “Erasmus+” proqramı haqqında ətraflı məlumat verilib.

İştirakçılar eyni zamanda bu ölkələrin ali təhsil sistemi, tədris proqramı, müxtəlif təqaüd proqramları və universitetlərə qəbul qaydaları barədə məlumatlandırılıb.

İnteraktiv şəkildə davam edən təqdimatda suallar cavablandırılıb.

Xatırladaq ki, 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində - “EduExpo”da Avropa İttifaqının birləşmiş stendi debüt edir. Stenddə Avstriya, Çex Respublikası, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Niderland, Polşa, Rumıniya kimi ölkələrin səfirlik və universitetləri təmsil olunur. Eyni zamanda, sərgi çərçivəsində stenddə “Gənc Avropa səfirləri” şəbəkəsi və Şərq Tərəfdaşlığında Avropa Məktəbi nümayiş olunur. Stenddə xaricdə pulsuz təhsil və beynəlxalq təhsil mübadiləsi proqramları, o cümlədən “Erasmus+” proqramı təqdim edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.