DÜNYA


Avropa İttifaqı və Böyük Britaniya Brexit üzrə yeni sazişə nail olub

Bakı, 17 oktyabr, AZƏRTAC

Avropa İttifaqı və Böyük Britaniya iki sutkadır fasiləsiz davam edən danışıqlar nəticəsində Brexit şərtləri üzrə yeni sazişə nail ola bilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin rəhbəri Boris Conson özünün “Twitter” səhifəsində yazıb. “Nail olunan yeni və gözəl saziş sayəsində daha çox azadlıq əldə edəcəyik. Bundan sonra parlament bizə Brexit prosesini həyata keçirməyə imkan verməlidir”, - deyə Baş Nazir qeyd edib.

Şimali İrlandiya və siyasi deklarasiya barədə Brexit sazişinə əlavələr oktyabrın 19-da Britaniya parlamentinin müzakirəsinə çıxarılacaq.

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker bir neçə saatdan sonra Brüsseldə sammitə toplaşacaq Avropa İttifaqı ölkələrinin liderlərini sazişi təsdiqləməyə çağırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.