DÜNYA


Avropa İttifaqı və Böyük Britaniya arasında Brexit danışıqlarının səkkizinci mərhələsi başlanacaq

London, 7 sentyabr, AZƏRTAC

Avropa İttifaqı və Böyük Britaniya nümayəndə heyətləri arasında Brexit danışıqların səkkizinci mərhələsi çərşənbə axşamı başlanacaq.

Tərəflər arasında ticarət razılaşmasının oktyabrın 15-dək əldə olunması gözlənilir.

Baş Nazir Boris Conson tərəflər arasında hər hansı razılıq əldə edilmədiyi təqdirdə sərbəst ticarət müqaviləsinin də baş tutacağına inanmadığını deyib.

Xarici İşlər naziri Dominik Rab Aİ ilə danışıqlarda yaranan problemin balıq ovu və dövlət yardımı ilə bağlı qaydalarla əlaqəli olduğunu söyləyib.

Qeyd edək ki, Britaniya Aİ ilə Kanada və İttifaq arasında bağlanan müqaviləyə bənzər bir müqavilə imzalamaq istəyir.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.