DÜNYA


Avropa İttifaqı və Rusiya hesablaşmaları avro ilə aparmaq barədə razılığa gələ bilərlər

Moskva, 9 fevral, AZƏRTAC

Avropa İttifaqı və Rusiya hesablaşmaları avro ilə aparmaq barədə razılığa gələ bilərlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Aleksey Pankin “Ria Novosti” agentliyinə müsahibəsində deyib. O bildirib ki, Avropa İttifaqı hesablaşmaların avro ilə aparılması məsələsini məqsədəuyğun sayır. Moskva da bu məsələni müzakirə edir. Onun sözlərinə görə, Avropa İttifaqının bu il neft və qaz idxalında avro ilə hesablaşmalar aparacağı hələlik sual altındadır. Çünki Rusiyanın Avropa İttifaqı ilə münasibətləri qənaətbəxş deyil.

Avropa Komissiyası iqtisadiyyatın strateji sahələrində Rusiya ilə hesablaşmaların avro ilə aparılmasına dair məsləhətləşmələrə artıq başlayıb. Energetika sahəsində sövdələşmələrdə avrodan istifadə olunması ilə bağlı məsləhətləşmələrin nəticələri bu ilin yayında məlum olacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.