DÜNYA


Avropa İttifaqı vergi sığınacaqlarının “qara siyahısı”nı yeniləyib

Bakı, 17 fevral, AZƏRTAC

Avropa İttifaqına (Aİ) hazırda sədrlik edən Portuqaliyanın maliyyə naziri Coau Leau Aİ-yə üzv ölkələrin maliyyə nazirlərinin videokonfrans formatında keçirilmiş yığıncağından sonra açıqlama verib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, Aİ-nin vergi sahəsində əməkdaşlıq etmədiyi ölkələrin “qara siyahısı”nın yeniləndiyini bildirən C.Leau bu siyahıya Türkiyənin əlavə edilmədiyini xüsusi vurğulayıb.

Çoxlu sayda şirkətlərin və fərdlərin ofşor hesablardan istifadə edərək vergidən yayındıqları ortaya çıxandan sonra Aİ 2017-ci ildə “vergi cənnətlərini müəyyənləşdirmək” prosesini başladıb. Eyni zamanda, vergi qaçaqlığına qarşı mübarizə ilə bağlı siyahının hazırlıq mərhələsində müxtəlif ölkələrin vergi sistemləri təhlil edilib. Başqa ölkələrdən vergi yayındırmağa imkan yaradan ölkələr “qara siyahı”ya salınır, bu vəziyyəti aradan qaldırmaq üçün islahat aparmaq öhdəliyi götürən ölkələr isə siyahıdan çıxarılır. “Qara siyahı” hər il fevral və oktyabr aylarında yenilənir.

Mütəxəssislər diqqəti siyahının tərtibində ikili standartlara yol verildiyinə, xüsusilə Lüksemburq, Niderland, İrlandiya və Cənubi Kipr kimi “vergi sığınacağı” hesab edilən ölkələrin siyahıya salınmadığına yönəldirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.