DÜNYA
Avropa İttifaqı vətəndaşları Brexitdən sonra avtomatik deportasiya olunmayacaq
London, 19 yanvar , AZƏRTAC
Avropa İttifaqı ölkələrinin vətəndaşları Brexitdən sonra avtomatik deportasiya olunmayacaq.
AZƏRTAC-xəbər verir ki, Böyük Britaniya Brexitdən sonra ölkədə qalmaq hüququ üçün müraciət etməyən Avropa İttifaqı vətəndaşlarını avtomatik olaraq deportasiya etməyəcək. Bu məsələ Böyük Britaniyanın Brexit naziri Stefan Berkli və Avropa Parlamentinin Brexit üzrə koordinatoru Qay Verhofstadtın görüşü zamanı müzakirə edilib.
Qay Verhofstadt görüşdə Britaniya ərazisində yaşayan təxminən 3,5 milyon Aİ vətəndaşlarının ölkədən çıxarıla biləcəyindən narahatlığını ifadə edib. Baş Nazir Boris Consonun nümayəndəsi isə vətəndaşların avtomatik deportasiya edilməyəcəyini təsdiqləyib.
Parlament tərəfindən təsdiqlənən Brexit sazişinə əsasən Britaniya yanvarın 31-də Avropa İttifaqından ayrılacaq, lakin sonrakı keçid mərhələsi çərçivəsində 2020-ci ilin sonuna qədər blokun bütün qaydalarına əməl edəcək.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]