DÜNYA


Avropa İttifaqına üzv ölkələrin maliyyə nazirləri inflyasiya və enerji məsələlərini müzakirə ediblər

Roma, 19 yanvar, AZƏRTAC

Avropa İttifaqına (Aİ) üzv ölkələrin maliyyə nazirlərinin İqtisadi və Maliyyə Məsələləri Şurasının (ECOFIN) növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, nazirlər inflyasiyanın artmasının əsasən enerji qiymətlərindən qaynaqlandığını, enerji sahəsində xaricə asılılığın azaldılmasının zəruri olduğunu bildiriblər. İqtisadi artıma mənfi təsir göstərən müxtəlif risklərin olduğunu qeyd edən nazirlər pandemiyanın hələ bitmədiyini və bununla bağlı diqqətli davranmağın vacibliyini vurğulayıblar.

İclasda bildirilib ki, Çin iqtisadiyyatındakı yavaşlama müxtəlif risklər təşkil edir, bu vəziyyətdə xüsusilə təchizat və təchizat zəncirlərində problemlər yaranır.

Qeyd edək ki, dekabr ayında Avrozonada inflyasiya 5 faizlə rekord səviyyəyə çatıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.