DÜNYA


Avropa İttifaqında 100 milyon insan koronavirusa qarşı tam peyvəndlənib

Bakı, 10 iyun, AZƏRTAC

Avropa İttifaqı ölkələrinin təxminən 100 milyon sakini koronavirus əleyhinə tam vaksinasiya olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Yeddilər qrupunun (G7) iyunun 11-13-də keçiriləcək sammiti ərəfəsində Böyük Britaniyanın Karbis-Bey kurort şəhərində keçirilən mətbuat konfransında məlumat verib.

“Avropa İttifaqı artıq 100 milyon vətəndaşını koronavirus əleyhinə tam vaksinasiya edib və yetkinlik yaşına çatan əhalinin təqribən 50 faizi peyvəndin bir dozasını vurdurub”, - deyə Ursula fon der Lyayen bildirib.

Onun sözlərinə görə, ilin əvvəlindən bəri Avropa İttifaqı ölkələrində yerləşən müəssisələrdə təxminən 700 milyon vaksin dozası istehsal olunub ki, bunun da 350 milyon dozası ixrac edilib.

Qeyd edək ki, Avropa İttifaqı ərazisində istehsal olunan COVID-19 vaksinlərinin əsas alıcıları ABŞ və Böyük Britaniyadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.