DÜNYA


Avropa İttifaqında Rusiyaya smartfon ixracını dayandırmağı təklif ediblər

Bakı, 26 sentyabr, AZƏRTAC

İrlandiya, Polşa və Baltikyanı ölkələr yeni sanksiyalar paketində smartfonların, radar avadanlıqlarının və lazer cihazlarının Rusiyaya ixracına qadağa qoyulmasını təklif edib.

AZƏRTAC xəbər verir ki, Rusiya mediası bu barədə Brüsseldə yayımlanan və “EUobserver” nəşrinin əlinə keçən doqquz səhifəlik sənədə istinadla məlumat yayıb.

Sənəddə, həmçinin “Qazprombank”, “Alfa-Bank”, “Rosbank” və “Tinkoff Bank” da daxil olmaqla, daha çox Rusiya bankın SWIFT sistemindən çıxarılması təklif olunub. Avropa ölkələri Rusiyadan brilyant alınmasına, idxalına və daşınmasına qadağa qoyulmasını da tələb edib. Bundan başqa, nüvə energetikası sahəsində Moskva ilə əməkdaşlığın, ruslara daşınmaz əmlak satışının, həmçinin Avropa İttifaqı və ABŞ-dan nağd pulların Rusiyaya ötürülməsinin qadağan edilməsi barədə təkliflər yer alıb.

Eyni zamanda, Donbasdakı referendumlara cavab olaraq Avropa İttifaqı tərəfindən Rusiyanın bir sıra kiçik banklarına və səsvermənin təşkilində iştirak edən şəxslərə qarşı sanksiyalar və bəzi yüksək texnologiya məhsullarının RF-ə ixracına qadağalar tətbiq ediləcəyi gözlənilir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.