DÜNYA


Avropa İttifaqında ən aşağı minimal əməkhaqqı olan ölkə Bolqarıstandır

Sofiya, 6 fevral, AZƏRTAC

Bolqarıstan Avropa İttifaqında (Aİ) 286 avro ilə ən aşağı minimal əməkhaqqı olan ölkədir. Bu məlumat Avropanın statistika agentliyinin (Avrostat) 2019-cu il yanvar məruzəsində yer alıb. Rumıniyada minimal əməkhaqqı 446 avrodur. Avrostatın məlumatına görə, Aİ ölkələrinin 9-da minimal əməkhaqqı ayda 400-600 avro civarında dəyişir. Bunların hamısı Şərqi Avropa ölkələridir. Məsələn, Çexiya və Slovakiyada bu rəqəm 519-520 avro təşkil edir. Cənubi Avropada isə minimal əməkhaqqı ayda 650 avrodan - 1100 avroya kimi dəyişir. Yunanıstanda 684 avro, İspaniyada isə bu rəqəm 1050 avroya bərabərdir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.