DÜNYA


Avropa İttifaqında malların sertifikatlaşdırılması qaydaları sadələşdirilir

Praqa, 9 iyun, AZƏRTAC 

Avropa İttifaqı çərçivəsində istehsal edilən malların sertifikatlaşdırılması qaydaları gələn ildən etibarən sadələşdirilə bilər. Avropa Komissiyasının təklifinə əsasən, istehsalçılar öz məhsullarını Aİ ölkələrinin yalnız birində sertifikatlaşdıra bilərlər. Əmtəə mübadiləsini asanlaşdırmalı və onun daha ucuz başa gəlməsini təmin etməli olan bu norma əvvəlcə Avropa parlamenti tərəfindən bəyənilməlidir. Bu barədə təklif payızda gündəliyə çıxarılacaq.

AZƏRTAC xəbər verir ki, cümə günü Praqada bazar, sənaye və sahibkarlıq fəaliyyəti məsələləri üzrə Avropa komissarı Elcbeta Benkovskayanın iştirakı ilə “Daxili bazar: dünən, bu gün və sabah” mövzusunda iqtisadi konfrans işə başlayıb. Elə həmin gün Avropa komissarı Çexiyanın baş naziri Andrey Babiş ilə görüş keçirib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.