DÜNYA


Avropa İttifaqında onlayn alış-veriş zamanı coğrafi məhdudiyyət aradan götürülüb

Berlin, 4 dekabr, AZƏRTAC

Dekabrın 3-dən başlayaraq veb-mağazalar tərəfindən istifadəçilərin coğrafi mövqeyi ilə bağlı məhdudiyyətlərin qoyulması Avropa İttifaqında qadağan ediləcək.

AZƏRTAC dpa agentliyinə istinadla xəbər verir ki, bu məhdudiyyətləri bəzən “geobloklanma” adlandırırlar. Bundan sonra Avropa İttifaqı ölkələrinin sakinləri Aİ-nin hər hansı ölkəsindən tamamilə eyni şərtlərlə Milad bayramına onlayn-hədiyyə sifariş verə bilərlər. Ekspertlər bununla belə, geobloklanmanın ləğvinin kiçik biznes üçün çətinlik yarada biləcəyindən ehtiyat edirlər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.