DÜNYA


Avropa İttifaqının 15 ölkəsində naməlum mənşəli hepatitə 95 yoluxma halı qeydə alınıb

Bakı, 7 may, AZƏRTAC

Avropa İttifaqının üzvü olan 15 ölkədə naməlum mənşəli kəskin hepatitə ən azı 95 yoluxma halı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Euractiv portalı Xəstəliklərə Nəzarət və Onların Profilaktikası üzrə Avropa Mərkəzinə istinadla məlumat yayıb.

“Mayın 5-nə olan məlumata əsasən, Avropa İttifaqının 15 ölkəsində 16 yaşdan aşağı insanlar arasında naməlum mənşəli kəskin hepatitə 95 yoluxma halı müəyyən edilib”, - deyə məlumatda bildirilir.

Ən çox yoluxma halları İtaliya və İspaniyada qeydə alınıb - müvafiq olaraq 35 və 22 nəfər. Hollandiya və Danimarkanın hər birində altı nəfər, İrlandiyada isə beş nəfər hepatitə yoluxub. Portuqaliya və Rumıniyanın hər birində dörd, Belçikada üç, Avstriya, Kipr, Fransa və Norveçdə iki, Almaniya, Polşa və Sloveniyada bir yoluxma halı aşkarlanıb.

Qeyd edək ki, bir müddət öncə Ümumdünya Səhiyyə Təşkilatı dünyanın 20 ölkəsində naməlum mənşəli kəskin hepatitə azı 230 nəfərin yoluxduğu barədə məlumat vermişdi.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.