ELM VƏ TƏHSİL
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Gömrük Akademiyasında mühazirə oxuyub
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 19-da Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Dövlət Gömrük Komitəsinin Akademiyasında “Avropa İttifaqı və Azərbaycan: gələcək üçün tərəfdaşlıq” mövzusunda mühazirə ilə çıxış edib.
Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində Gömrük Akademiyasının rəisi Qulu Novruzov və Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri K.Yankauskas arasında görüş keçirilib. Q.Novruzov akademiyanın fəaliyyəti, tədris prosesi, ixtisaslar haqqında geniş məlumat verib. O, beynəlxalq əməkdaşlığa böyük önəm verildiyini, 2020-ci ilin akademiyada “Beynəlxalq əməkdaşlıq ili” elan olunduğunu qeyd edib.
Görüşdə gələcək əməkdaşlıqla bağlı müzakirələr və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra qonaq akademiyada yaradılan infrastrukturla tanış olub.
K.Yankauskas “Avropa İttifaqı və Azərbaycan: gələcək üçün tərəfdaşlıq” mövzusunda mühazirəsində Aİ-nin tarixi başlanğıcından, onun əsaslarından, Avropa İttifaqı və Azərbaycan münasibətlərindən danışıb.
Sonda o, müəllim və tələbələrin suallarını cavablandırıb.