REGİONLAR


Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Tərtər rayonunda olub

Tərtər, 17 iyul, AZƏRTAC

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə Tərtər rayonuna səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətində olan qonağa rayon haqqında məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Tərtər rayonu düşmənlə 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulması nəticəsində rayonun gündəlik fəaliyyətinə, inzibati və yaşayış binalarına, əkin sahələrinə, mal-qaraya, əhalinin məişət şəraitinə və digər sahələrə ciddi ziyan dəyir. Dinc sakinlər xəsarət alır, mülki əhali şəhid olur.

Düşmən tərəfindən yay aylarında işğal altında olan ərazilərdə yanğınlar törədilməsi ətraf mühitə ziyan vurmaqla yanaşı, yırtıcı heyvanların və həşəratların rayon ərazisinə kütləvi miqrasiyasına gətirib çıxarır. Nəticədə taxıl zəmiləri və digər kənd təsərrüfatı məhsulları ziyanvericilər tərəfindən məhv edilir.

Ermənilər tərəfindən işğal altında saxlanılan Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısı suvarma dövründə kəsilir ki, nəticədə becərmə işlərində çətinliklər yaranır. Qış fəslində isə suyu açaraq əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olurlar. Çaylar vasitəsi ilə rayon ərazisinə partladıcı maddələr də axıdılır. Bütün bu çətinliklərə baxmayaraq, rayon zəhmətkeşləri pambıqçılıq, baramaçılıq, meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticə əldə edirlər.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfər çərçivəsində rayonun inkişaf etmiş təsərrüfat subyektlərində, BAMF-ın Tərtər Peşə Təlim Mərkəzində və digər yerlərdə görüşlər keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.