CƏMİYYƏT


Avropa İttifaqının Azərbaycandakı səfiri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub

Bakı, 15 avqust, AZƏRTAC

Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub.

Mərkəzdə IX Qlobal Forumun hesabatı təqdim olunub, X Qlobal Bakı Forumuna hazırlıq haqqında müzakirələr aparılıb.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, söhbət zamanı Avropa İttifaqındakı beyin mərkəzləri ilə sıx əməkdaşlığın qurulmasının əhəmiyyətinə toxunulub.

Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan ali səviyyəli toplantıların böyük qismi məhz Aİ-yə daxil olan ölkələrin paytaxt şəhərləri Afina, Brüssel, Madrid, Paris, Riqa, Roma, Sofiya, Stokholm, Varşavada təşkil olunub.

Səfirə “The Magic of the Pen: Select Miniatures from the Khamsa of Nizami Ganjavi” ve "Təbrizin sehirli nağılları" kitabları, həmçinin Avropa ölkələrində keçirilən tədbir və görüşlərin əks olunduğu şəkillərdən ibarət sərgi mümayiş edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.