DÜNYA


Avropa İttifaqının Bosniya və Herseqovinadakı sülhməramlı missiyasına alman kontingent cəlb olunacaq

Sarayevo, 8 avqust, AZƏRTAC

Avropa İttifaqının (Aİ) Bosniya və Herseqovinadakı sülhməramlı missiyasına (EUFOR “Althea”) alman kontingentin cəlb olunacağını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, yeni kontingentin ölkədəki qoşunların gücləndirilməsi məqsədilə cəlb olunacağı bildirilib. Alman kontingentin qoşulması ilə Bosniya və Herseqovinadakı EUFOR “Althea” missiyasına cəlb olunan ölkələrin sayı 20-yə yüksələcək.

Qeyd edək ki, Almaniya Bundestaqı iyul ayında Bosniya və Herseqovinadakı Aİ sülhməramlı missiyasına 50 əsgərin göndərilməsini təsdiqləyib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.