DÜNYA


Avropa İttifaqının Səhiyyə Agentliyi bütün Avstriyanı “qırmızı zona“ elan edib

Vyana, 20 oktyabr, AZƏRTAC

Avropa İttifaqının Səhiyyə Agentliyi (ECDC) tərəfindən idarə edilən “koronavirus işıqforu”nda Avstriya tamamilə “qırmızı zona“ olaraq əks olunub.

AZƏRTAC xəbər verir ki, agentliyin təqdim etdiyi xəritə həm Aİ vətəndaşlarını infeksiya ilə bağlı Avropadakı vəziyyət barədə internet vasitəsilə məlumatlandırmağa, həm də üzv ölkələrinin səyahət məhdudiyyətləri ilə bağlı koordinasiya etməsinə xidmət etməlidir. Xəritədə Norveç, Yunanıstan və Finlandiyanın bəzi regionları, eləcə də cənubi İtaliya xəritədə yaşıl rəngdə əks olunub. Digər Aİ ölkələri isə artıq sarı, narıncı və əksəriyyət isə qırmızı rəngdədir.

Agentlikdən bildirilib ki, bu xəritə yalnız tövsiyə xarakteri daşıyır və Aİ Şurasının qərarına əsasən, yaşıl rəngdə göstərilən regionlara səyahət məhdudiyyəti tətbiq edilə bilməz. Xəritədə ölkələrin hansı rəngdə əks olunması isə son 14 gün ərzində 100 min sakin üzrə yeni yoluxma hallarının sayı əsasında müəyyən edilir. Hər həftənin cümə axşamı Aİ-yə üzv ölkələrin məlumatları əsasında xəritədəki məlumatlar yenilənəcək.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.