ELM VƏ TƏHSİL
Avropa İttifaqının dəstəklədiyi EQAR layihəsi çərçivəsində onlayn görüş
Bakı, 2 iyun, AZƏRTAC
Avropa İttifaqının maliyyə dəstəyi ilə Bakı Biznes Universitetinin (BBU) koordinatoru olduğu “ERASMUS+ KA2” proqramı çərçivəsində “Rektorlar konfransının yaradılması” (EQAR) layihəsinin onlayn görüşü keçirilib. Görüşdə Litva, Fransa, İsveç və Polşadan olan tərəfdaşlarla yanaşı, 15 yerli tərəfdaşın nümayəndələri də iştirak edib.
Tədbirin məqsədi layihənin 1 nömrəli işçi paketinə daxil olan tapşırıqların icrası və bölüşdürülməsi, tapşırıqlar üçün son tarixlərin müəyyənləşdirilməsi və müvafiq sənədlərin hazırlanma qaydalarının müzakirəsidir. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşları Ülviyyə Hacıyeva və Günay Məhərrəmova iştirak ediblər.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, cari ilin may ayının əvvəlində geniş təqdimatı keçirilmiş layihə üzrə ilk geniş təlim litvalı mütəxəssis İnqa Juknyte-Petreikiene tərəfindən həyata keçirilib. EQAR layihəsi çərçivəsində keçirilən təlim tərəfdaş universitetlərdə sorğuların keçirilməsi və tərtibi üzrə müzakirə məqsədi daşıyır.
Qeyd edək ki, layihə 3 il ərzində icra olunacaq.