CƏMİYYƏT


Avropa İttifaqının dəstəyi ilə keçirilən tvinninq layihəsi çərçivəsində fitosanitar tədbirlərin gücləndirilməsi müzakirə edilib

Bakı, 4 mart, AZƏRTAC

Avropa İttifaqının (Aİ) dəstəyi ilə keçirilən “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” adlı tvinninq layihəsi çərçivəsində videokonfrans formatında komitə iclası keçirilib.

İclasda Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva layihə çərçivəsində birinci rüb ərzində həyata keçirilən tədbirlərdən, layihənin 6 aylıq iş planının təsdiqlənməsindən və eləcə də layihə çərçivəsində beynəlxalq ekspertlərlə həyata keçirilən sıx əməkdaşlıqdan məmnunluğunu və əməkdaşlığın bundan sonra da birgə aparılacaq işlərə müsbət təsir göstərəcəyinə inamını ifadə edib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda layihənin İdarəetmə Komitəsinin növbəti görüşünün keçirilməsi və gələcək fəaliyyətlərin təşkili kimi məsələlərə dair geniş müzakirələr aparılıb.

Qeyd edək ki, tvinninq layihəsinin keçirilməsində məqsəd ölkəmizdə qida və yemlərin təhlükəsizliyinin artırılmasına töhfə vermək və təkmilləşdirilmiş sanitar və fitosanitar standartlara uyğun ixrac imkanlarını genişləndirməkdən ibarətdir. Layihə çərçivəsində milli qida qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə daha da uyğunlaşdırılması, bitki mühafizə vasitələrinə nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsi, təkmilləşdirilmiş qanunvericilik əsasında qalıq monitorinq proqramlarının hazırlanması, həmçinin IT əsaslı fitosanitar informasiya sisteminin hazırlanması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.