DÜNYA


Avropa İttifaqının komissarı Türkiyədə səfərdədir

İstanbul, 6 sentyabr, AZƏRTAC

Sentyabrın 6-da Avropa İttifaqının (Aİ) Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varhelyinin Türkiyəyə işgüzar səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, Aİ nümayəndəsinin ilk görüşü Türkiyənin ticarət naziri Mehmet Muşla olub. Görüş əsnasında Aİ ilə Türkiyə arasında ticarət əlaqələrinin imkanları və problemləri müzakirə olunub.

İkigünlük səfər ərzində Oliver Varhelyi Türkiyənin xarici və daxili işlər nazirləri, habelə digər yüksək səviyyəli şəxslərlə görüşlər keçirəcək. Görüşlərdə Türkiyə-Aİ münasibətlərinin bütün aspektləri müzakirə olunacaq.

Bundan əlavə, komissarın Ankaranın Altındağ bölgəsində Aİ tərəfindən maliyyələşdirilən miqrant sağlamlıq mərkəzini ziyarət edəcəyi gözlənilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.