Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Avropa İttifaqının maliyyələşdirdiyi vergi orqanlarına dəstək Tvinninq layihəsi başa çatıb

Avropa İttifaqının maliyyələşdirdiyi vergi orqanlarına dəstək Tvinninq layihəsi başa çatıb

Bakı, 29 iyun, AZƏRTAC

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən, Yunanıstanla Azərbaycan arasında imzalanmış müqaviləyə əsasən, 2018-ci il yanvarın 17-də başlanmış və 28 ay davam edən “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə Dəstək” Tvinninq layihəsi başa çatıb.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, layihə Vergi Xidməti, Yunanıstanın Dövlət Gəlirləri üzrə Müstəqil Orqanı, həmçinin Beynəlxalq və Avropa İqtisadi Hüquq Mərkəzi (CIEEL) tərəfindən həyata keçirilib. Layihənin məqsədi transfer qiymətqoyması üzrə qanunvericiliyin və transfer qiymətləri üzrə auditin tətbiqi və həyata keçirilməsində, eləcə də transfer qiymətləri haqqında qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması və qabaqcıl təcrübəyə əsaslanan audit prosesləri üçün resursların yaradılmasında Dövlət Vergi Xidmətinə dəstək göstərmək olub.

Layihə çərçivəsində Yunanıstanı və digər Aİ üzvü olan ölkələri təmsil edən beynəlxalq ekspertlərin iştirakı ilə Dövlət Vergi Xidmətində 38 missiya, 4 tədris səfəri, 24 təlim və 10 seminar həyata keçirilib. Layihə müddətində 61 hesabat, təlimat və metodiki göstəriş hazırlanıb ki, bunlar da gələcəkdə Dövlət Vergi Xidmətinə qanunvericiliyin hazırlanması və praktiki tətbiqi prosesində əhəmiyyətli yardım edəcək. Layihə çərçivəsində əldə edilmiş əsas nəticələr aşağıdakılardan ibarətdir:

- transfer qiymətləri istiqamətində qabaqcıl Aİ standartlarına uyğun effektiv hüquqi baza hazırlanıb;

- transfer qiymətləri sahəsində "Qiymətlərin əvvəlcədən razılaşdırılması (APA)" və "Qarşılıqlı razılaşma prosedurları" hazırlanıb;

- transfer qiymətlərinin Aİ standartlarına uyğun olaraq tənzimlənməsi sahəsində inzibati nəzarət mexanizmi hazırlanıb və bu sahədə Dövlət Vergi Xidmətinin institusional imkanları artırılıb.

Layihə müddətində bir neçə uğurlu innovativ yanaşma təqdim edilib:

- Biliklərin ötürülməsinin davamlılığı - Xüsusi testlərin keçirilməsi yolu ilə Dövlət Vergi Xidməti əməkdaşları arasından seçilmiş 10 nəfər beynəlxalq vergitutma sahəsində ali diplom imtahanı olan ADIT (Advanced Diploma in International Taxation) imtahanında iştirak edib və onlardan beş nəfəri uğurlu nəticə əldə edib;

- Xüsusi olaraq benefisiar ölkənin ehtiyaclarının tam şəkildə qarşılanması üçün hazırlanmış və uyğunlaşdırılmış bir layihə - Fəaliyyətlərin məzmunu və nəzərdə tutulmuş nəticələrə nail olmaq üçün üzv ölkə və benefisiar ölkə rəsmiləri arasında sıx əməkdaşlıq və davamlı təkliflər vasitəsilə müzakirə edilərək işlənib hazırlanıb;

- Gözlənilməz hallara dərhal və səmərəli cavab verilməsi və adaptasiya olunmaq - Benefisiar ölkənin davam edən ehtiyaclarına cavab olaraq, COVID-19 pandemiyası zamanı layihə fəaliyyətləri interaktiv videokonfransların keçirilməsi yolu ilə uğurla davam etdirilib;

- Praktik nümunələrə və müxtəlif seminarlara xüsusi önəm verilməklə, bütün müasir tədris metodlarından və təqdimat vasitələrindən geniş istifadə olunub;

- Benefisiar ölkəni təmsil edən əməkdaşların müzakirə olunan məsələləri anlaması və tənqidi yanaşma bacarıqlarını möhkəmləndirməyə imkan verən müəyyən fəaliyyətlər başa çatdıqdan sonra qiymətləndirmə metodlarından istifadə edilib.

Layihə rəhbəri xanım Aikaterini Perrounun sözlərinə görə, bu layihə çərçivəsində transfer qiymətləri və vergidən yayınma hallarına qarşı tədbirlərin hazırlanması sahəsində uğur əldə edilib, eyni zamanda, uzun müddət birgə çalışan Azərbaycan və Yunanıstan respublikalarının vergi əməkdaşları arasında möhkəm işgüzar bağlar qurulub. Qarşılıqlı etimada və hörmətə əsaslanan bu əlaqələr gələcəkdə hər iki ölkənin vergi orqanları arasında ikitərəfli münasibətlərin inkişafına daha da təkan verəcək.

Benefisiar ölkə üzrə layihə rəhbəri Orxan Musayev bildirib ki, bu, vergi orqanlarının Avropa İttifaqı ilə birgə həyata keçirdiyi ən uğurlu layihələrdən biridir. Qeyd olunub ki, layihə çərçivəsində Vergi Məcəlləsində dəyişikliklərlə bağlı konkret təkliflər hazırlanaraq təqdim edilib. Həmçinin transfer qiymətləri üzrə yoxlamaların səmərəliliyini artırmaq və onların riskə əsaslanan bal sistemi üzrə qiymətləndirilməsini təşkil etmək məqsədilə digər qanunvericilik aktlarına da dəyişikliklər olunub. Vergi orqanı əməkdaşlarının təlimi layihənin əsas prioritetlərindən biri hesab olunurdu. Dövlət Vergi Xidmətinin ərazi vergi idarələrinin əməkdaşları da layihədə fəal iştirak ediblər. Tvinninq layihəsi çərçivəsində 2 il müddətində təlim keçmiş vergi orqanı auditorları artıq transfer qiymətləri ilə bağlı səyyar vergi yoxlamalarına başlayıblar. Bu, layihənin ən önəmli uğurlarından biri hesab edilə bilər.

Layihənin tərəfdaşları Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinə davamlı dəstək üçün, həmçinin layihənin rezident tvinninq müşavirləri, xanım Theodora Messiniyə və Ceyhun İsmayılova təşəkkür ediblər. Layihənin həyata keçirilməsində yalnız Yunanıstanı təmsil edən ekspertlər deyil, həmçinin Aİ üzvü olan digər ölkələrin ekspertləri də fəal iştirak ediblər. Qeyd olunub ki, layihənin icrası Yunanıstan Respublikası ilə Azərbaycan Respublikasının vergi orqanları arasındakı səmərəli əməkdaşlıq, müsbət iş atmosferi və effektiv vergi inzibatçılığının qurulmasına töhfə verib və bu əlaqələr gələcəkdə də davam etdiriləcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb