SİYASƏT
Avropa İttifaqının nəşrində Azərbaycanın Ermənistana qarşı iddiası barədə məlumat dərc edilib
Budapeşt, 4 fevral, AZƏRTAC
Avropa İttifaqının “EU Politics” nəşrində Azərbaycan hökumətinin bu il yanvarın 15-də Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) Ermənistana qarşı iddia ilə müraciət etməsi barədə məlumat dərc edilib (https://eu-politics.jimdofree.com/promoted-content/court20120203).
Məlum olduğu kimi, Azərbaycanın bu iddiasından sonra Ermənistan öz əməllərini beynəlxalq hüquq normalarına uyğunlaşdırmaq barədə fikirləşmək əvəzinə, Azərbaycana qarşı cavab iddiası qaldırmağa cəhd edib.
AZƏRTAC xəbər verir ki, məlumatda Ermənistanın beynəlxalq hüquqla müəyyən edilmiş qaydalara əməl etmək istəməməsi və məsuliyyətdən yaxa qurtarmağa cəhd göstərməsi bildirilir. Materialda qeyd edilir ki, Ermənistanın bu hərəkətləri ondan ötrü çox ciddi hüquqi nəticələr doğura bilər.
Azərbaycan Ermənistanı 1991-ci ildən 2020-ci ilin sonuna qədər iddiaçı tərəfə qarşı təcavüz törətməkdə və onun ərazisini işğal etməkdə təqsirləndirir. Bundan əlavə, iddiada cavabdeh tərəfin işğal illəri ərzində hərbi cinayətlər törətməsi qeyd edilir və bu illər ərzində iddiaçıya vurulmuş ziyana görə kompensasiya tələb olunur.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt