SİYASƏT


Avropa İttifaqının rəsmiləri Tvitter hesablarında Prezident İlham Əliyevin Brüsseldə Donald Tusk ilə görüşü və “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması barədə məlumatlar yayıblar

Brüssel, 11 iyul, AZƏRTAC

Avropa İttifaqının rəsmiləri Tvitter hesablarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşü və “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması barədə məlumatlar yayıblar.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, prezident Donald Tuskun Tvitterində vurğulanır: “Prezident İlham Əliyevlə bizim ikitərəfli əlaqələrimizin inkişafına xidmət edən uğurlu görüş oldu. Görüşdə Azərbaycandakı daxili vəziyyət və regional məsələlər barədə səmərəli müzakirələr keçirildi”.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti xidmətinin mətbuat katibinin Tvitterində aşağıdakı məlumat verilib: “Tərəfdaşlıq prioritetləri” sənədi Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli gündəliyə yeni təkan verib”.

Avropa Komissiyasının Qonşuluq Siyasətinin Baş Direktorluğunun Tvitterində qeyd edilib: “Avropa İttifaqı və Azərbaycan birgə daha güclüdürlər. Bu gün Avropa İttifaqı və Azərbaycan “Tərəfdaşlıq prioritetləri” sənədi üzrə danışıqları başa çatdırıb, münasibətlər gündəliyinə yeni təkan verilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.