DÜNYA


Avropa İttifaqının zirvə toplantısında miqrasiya siyasəti və “Brexit” əsas müzakirə mövzularıdır

Zaltsburq, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Avstriyanın Zaltsburq şəhərində Avropa İttifaqının ikigünlük zirvə toplantısı işə başlayıb. Avropa İttifaqı Şurasına sədrlik edən Avstriyanın federal kanslerinin toplantı barədə mətbuata optimist ruhda müsahibə verməsinə baxmayaraq, miqrasiya siyasəti və “Brexit” ilə bağlı ümumi mövqenin əldə edilməsi heç də asan olmayacaq. O, zirvə toplantısının əsas hədəfinin bu mövzularda qarşılıqlı güzəştlərin əldə edilməsi olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı siyasətçiləri Böyük Britaniyanın “Brexit”dən sonra təhlükəsizlik və xarici siyasət sahələrində sıx əməkdaşlığı davam etdirməyə hazır olduğunu yüksək dəyərləndirsələr də, Londonun bir sıra planlarını (xüsusilə İrlandiya ilə sərhəd nəzarəti məsələsi) yenidən nəzərdən keçirməyə çağırıblar.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk isə miqrasiya məsələlərinə həsr olunmuş xüsusi sammitin keçirilməsinin vacibliyini qeyd edərək, cari ilin noyabr ayında “Brexit” ilə bağlı ayrıca zirvə görüşünün baş tutacağını da açıqlayıb.

Sammitin keçirildiyi məkanın yaxınlığında isə Avropanın sığınacağa ehtiyacı olan insanlara qarşı yürütdüyü sərt siyasətlə əlaqədar “Cavabdehlik marşı” adlı etiraz mitinqi keçirilib. Mitinqdə son 25 ildə Avropada sığınacaq tapmağa gələrkən həyatını itirən 30 min insanın xatirəsi anılıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Zaltsburq 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.