CƏMİYYƏT
Avropa Kəllə-Üz-Çənə Assosiasiyasının konqresində Azərbaycan təmsil olunub
Bakı, 22 iyul, AZƏRTAC
Fransanın paytaxtı Paris şəhərində Avropa Kəllə-Üz-Çənə Assosiasiyasının XXV Beynəlxalq konqresi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinə həsr olunmuş və onlayn formatda keçirilən xüsusi sessiyada Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəylinin məruzəsi iştirakçılara təqdim edilib.