DÜNYA


Avropa Komissiyası Avropa İttifaqında superkompüter istehsalına 8 milyard sərmayə yatırır

Bakı, 24 sentyabr, AZƏRTAC

Avropa Komissiyası "rəqəmsal suverenlik" üçün Avropa İttifaqında öz superkompüterlərinin istehsalına 8 milyard avro sərmayə yatırmaq niyyətindədir. Bu barədə Avropa Parlamentinin sessiyasında Avropa İttifaqında işlərin vəziyyətinə dair illik çıxışı zamanı Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

“Rəqəmsal suverenliyə nail olmaq üçün öz superkompüterlərimizin istehsalına 8 milyard avro sərmayə yatıracağımızı elan etməkdən məmnunam", - o deyib.

AZƏRTAC xarici saytlara istinadən xəbər verir ki, Avropa İttifaqı yüksək texnologiyalar sahəsində ön sıralarda olmalıdır, amma bunun üçün investisiyalar lazımdır. Avropada texnologiyalara sərmayə yatırmaq üçün bundan daha yaxşı vaxt olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.