DÜNYA


Avropa Komissiyası Avropa ölkələrinə səfər qaydalarını sadələşdirməyi tövsiyə edir

Vyana, 3 may, AZƏRTAC

Avropa Komissiyası Avropa İttifaqı ərazisinə səfərlərlə bağlı qaydaların sadələşdirilməsini tövsiyə edir.

AZƏRTAC xəbər verir ki, komissiyanın təklifinə əsasən, yaxın gələcəkdə qeyri-Aİ ölkələrindən (üçüncü ölkələrdən) turizm məqsədli səfərlərin həyata keçirilməsi mümkün olmalıdır. Aİ məkanına giriş üçün əsas şərt turistin epidemioloji vəziyyətin yaxşı olduğu ölkədən səfər etməsidir.

“Reuters” agentliyinin məlumatına görə, Avropaya daxil olmaq istəyən üçüncü ölkə vətəndaşları, eyni zamanda, istifadəsinə Aİ-də icazə verilmiş peyvəndlərdən biri ilə immunitetini təsdiqləyən sənəd təqdim etməlidir. Bildirilib ki, peyvəndlərin siyahısı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təqdim olunmuş vaksin siyahısı ilə də genişləndirilə bilər.

Koronavirusun yeni variantlarının “idxalı” riskini aşağı salmaq üçün komissiya “fövqəladə vəziyyət fasiləsi” adlı yeni mexanizmdən istifadəni tövsiyə edib. Həmin mexanizm Aİ üzvlərinə epidemioloji vəziyyətin ciddi şəkildə pisləşdiyi ölkələrlə səfər mübadilələrini ən qısa zamanda məhdudlaşdıra bilmək imkanı verməlidir.

Komissiyanın tövsiyələri mayın 4-də üzv ölkələrin müzakirəsinə çıxarılacaq.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.