DÜNYA


Avropa Komissiyası İtaliyadan şikayət edib

Roma, 10 mart, AZƏRTAC

Avropa Komissiyası İtaliyadakı atmosfer çirklənməsi və yağış kollektorlarla bağlı vəziyyət haqqında Avropa məhkəməsinə məlumat verib.

AZƏRTAC İtaliyanın “si24.it” saytına istinadla xəbər verir ki, Avropa Komissiyası Romanın havada icazə verilən azot dioksid səviyyəsini (NO2) dəfələrlə pozduğu və kiçik şəhər mərkəzlərində yağış sularının təmizləyici sisteminin yaxşılaşdırılması ilə bağlı heç bir tədbir görmədiyi üçün bu addımı atıb. Avropa Komissiyası İtaliyanın havada PM10 səviyyəsini pozduğuna görə atmosfer çirklənməsi ilə bağlı Avropa məhkəməsinə hələ ötən ilin may ayında müraciət edib.

Çirkab sularına görə İtaliyanın milyonlarla avro cərimə ödədiyi bildirilir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.