İQTİSADİYYAT


Avropa Komissiyası: Neftin qiyməti 92 dollar/barrel olacaq

Bakı, 7 dekabr, Nihad Budaqov, AZƏRTAC

“Brent” markalı xam neftin bir barrelinin qiyməti 92 dollar səviyyəsinə yüksələcək.

AZƏRTAC xəbər verir ki, bu proqnozla Avropa Komissiyası çıxış edib. Avrokomissiya 2030-cu ildə “Brent”in bir barrelinin orta qiymətinin 92 dollar səviyyəsinə çatacağını nəzərdə tutur. 2022-ci ildən 2027-ci ilə qədər olan müddətdə isə “Brent” neftinin orta illik qiymətinin 80-85 dollar/barrel səviyyəsində dəyişəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, Avropa Komissiyası noyabrda 2018-2019-cu illər üzrə neftin qiymətinə dair proqnozunu artırıb. Avrokomissiyaya görə, bu il “Brent”in bir barrelinin orta qiyməti 75,1 dollar, 2019-cu ildə isə 80,6 dollar/barrel təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.