DÜNYA


Avropa Komissiyası Rusiya qazına qiymət məhdudiyyəti təklif edir

Bakı, 30 sentyabr, AZƏRTAC

Avropa Komissiyası ittifaqa üzv ölkələri enerji istehlakının azalması istiqamətində tədbirlər görməyə, həmçinin boru kəməri ilə nəql olunan təbii qazın və tankerlər vasitəsilə çatdırılan maye qazın idxalı üçün qiymət tavanı müəyyən etməyə çağırıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson Aİ Nazirlər Şurasının bu ay artıq ikinci dəfə keçirilən fövqəladə iclası ərəfəsində deyib.

“Bu gün enerji böhranına cavab vermək üçün daha bir zəruri addım atacağıq. Etibarsız təchizatçı sayılan Rusiyaya etibar etdiyimiz digər tərəfdaşlarımız kimi yanaşa bilmərik. Odur ki, Moskvaya qaz həcmi ilə manipulyasiya etməyə imkan verən stimulları aradan qaldırmalıyıq. Biz Rusiya qazı üçün qiymət limiti təyin etməliyik”, - deyə Avropa komissarı bildirib.

Onun sözlərinə görə, enerji daşıyıcılarının qiymət artımı probleminin həlli ilə bağlı ittifaqa üzv ölkələrin təkliflərinə bu gün baxılacaq. Eyni zamanda, Avropa Komissiyası ziddiyyətlərdən yayınmaq məqsədilə bütün ölkələr üçün məqbul sayılacaq həll yolları axtarır.

Avropa İttifaqı Ukrayna ilə həmrəylik nümayiş etdirərək Kiyevə siyasi, iqtisadi, maliyyə, humanitar və hərbi yardımlar göstərməyə başlayıb. Rusiya isə öz növbəsində buna cavab olaraq Avropa İttifaqına qaz tədarükünü dayandıraraq ondan siyasi alət kimi istifadə etməyə çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.