DÜNYA


Avropa Komissiyası: Rusiyaya qarşı neft embarqosu 9 ay ərzində mərhələli şəkildə tətbiq ediləcək

Berlin, 6 may, AZƏRTAC

Avropa Komissiyası Rusiyaya qarşı neft embarqosunu ən qısa müddətdə tətbiq etmək barədə əvvəlki təklifini yumşaldıb.

AZƏRTAC xəbər verir ki, Brüsseldəki siyasətçilər bu qərarı Avropa İttifaqının üzvü olan dövlətlərlə iki gün davam etmiş uğursuz danışıqlardan sonra qəbul ediblər. Qərara alınıb ki, Rusiya neftinə tam embarqo 9 aydan sonra tətbiq ediləcək və bu proses mərhələli şəkildə baş verəcək.

İqtisadiyyat məsələləri üzrə Avropa komissarı Paolo Centiloni jurnalistlərə bildirib ki, embarqonun daha qısa müddətdə tətbiq edilməsi dünya bazarında neftin qiymətinə mənfi təsir göstərərdi, bu isə Aİ-nin mənafelərinə uyğun gəlmir. Onun sözlərinə görə, belə bir qərar Avropa iqtisadiyyatına təsir göstərəcək, lakin Rusiya iqtisadiyyatında daha kəskin şəkildə əks olunacaq. P.Centiloni deyib: “Ukraynanı dolayı yolla, o cümlədən RF-yə qarşı sanksiyalar hesabına dəstəkləmək qərarının “iqtisadi qiyməti” var. Ona görə də, qəbul edilən qərarların Rusiyaya və bizim özümüzə nəyin bahasına başa gələcəyini ölçüb-biçərkən bu iqtisadi qiyməti nəzərə almaq lazımdır. Avropa Komissiyası indiyə qədər sanksiyalar tətbiq edilməsi məsələsində tarazlıq prinsipini rəhbər tutub”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.