DÜNYA
Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar paketini bu həftə müzakirə edəcək
Bakı, 29 noyabr, AZƏRTAC
Avropa Komissiyası bu həftə Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi barədə Avropa İttifaqı ölkələri ilə məsləhətləşmələrə hazırdır.
AZƏRTAC “Politico” qəzetinə istinadla xəbər verir ki, bu, Avropa Komissiyasının Rusiya neftinə qiymət limiti məsələsində irəliləyişə nail olmaq üçün Polşaya etdiyi güzəştdir.
Bazar ertəsi günü bu mövzu ətrafında aparılan danışıqlar dalana dirənib. Belə ki, Avropa Komissiyası Rusiya neftinin barreli üçün 62 dollar həddi təklif etsə də, Polşa və Estoniya qiymətin aşağı salınmasını istəyir. Varşava, həmçinin qiymət məhdudiyyətini Rusiyaya qarşı yeni sanksiyaların qəbulu ilə əlaqələndirməyə çalışır.
Avropa İttifaqı yeni məhdudiyyətlər paketi çərçivəsində sanksiyalara məruz qalacaq şəxslərin siyahısını xeyli genişləndirə bilər. Rusiya isə öz növbəsində qiymət məhdudiyyəti tətbiq edən ölkələrə neft tədarükünü dayandıracağı barədə xəbərdarlıq edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]