DÜNYA


Avropa Komissiyası “Ryanair”i yoxlayacaq

Berlin, 19 sentyabr, AZƏRTAC 

İrlandiyanın münasib qiymətlərlə işləyən “Ryanair” aviadaşıyıcısı ötən həftə bildirib ki, oktyabrın sonuna qədər hər gün 50 reysi (ümumən 2100) ləğv edəcək. Bu gün məlum olub ki, Avropa Komissiyası sərnişinlərin hüquqlarının mümkün pozulması halları ilə əlaqədar “Ryanair” aviaşirkətini yoxlayacaq. Brüsseldə vəziyyətə aydınlıq gətirərək bildiriblər ki, Avropada işləyən aviaşirkət mövcud qaydalara riayət etməlidir. AZƏRTAC xəbər verir ki, Avropa daxilindəki reyslər ləğv ediləcəyi halda sərnişinlər 250-400 avro civarında iri kompensasiyaya ümid bəsləyə bilərlər. “Ryanair”in başçısı Maykl O`Lirinin sözlərinə görə, bu tədbir aviadaşıyıcının nüfuzuna xələl gətirəcək, habelə 25 milyon avro məbləğində ziyana salacaq. Müstəqil ekspertlər zənn edirlər ki, məbləğ daha çox – təqribən 35 milyon avro təşkil edə bilər.

M.O`Liri reyslərin kütləvi ləğvinin çoxlu sayda pilotun işdən çıxarılması ilə bağlı olması barədə təxminləri rədd edərək bildirib ki, uçuşların ləğv edilməsinin səbəbi pilotların məzuniyyətə buraxılması ilə əlaqədardır. Amma münasib qiymətlərlə uçuş bazarında “Ryanair” şirkətinin rəqibi Norveçin “Norwegian” aviaşirkəti bildirib ki, əvvəllər İrlandiya şirkəti üçün işləmiş təqribən 140 pilotu öz sıralarına cəlb edib. İrlandiyada çıxan “Irish Independent” qəzetinin yazdığına görə isə “Ryanair” şirkətinin həqiqətən də heyətlə bağlı problemləri var. Bu məqsədlə şirkət yeni pilotları işə götürərkən bonus kimi 10 min avro məbləğində birdəfəlik ödəmə təklif etməyə başlayıb.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.