DÜNYA


Avropa Komissiyası pandemiya dövründə zərər çəkmiş Latviya sahibkarlarına dəstək proqramını təsdiq edib

Riqa, 7 avqust, AZƏRTAC

Avropa Komissiyası COVID-19 böhranından zərər çəkən Latviya sahibkarlarına 51 milyon avro məbləğində dəstək proqramını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bunu LETA agentliyinə açıqlamasında Avropa Komissiyasının mətbuat katibi Kaspar Keyçs söyləyib.

O, hökumətin maliyyələşdirdiyi proqramın COVID-19 böhranından zərər çəkmiş ixracatla məşğul olan müəssisələrə yardım etmək məqsədilə nəzərdə tutulduğunu bildirib.

Proqram dövlət dəstəyi tədbirlərinə dair müvəqqəti tənzimləmə şərtlərinə uyğun olaraq təsdiqlənib. Qrant şəklində göstəriləcək dövlət dəstəyi çərçivəsində sahibkarların ödədiyi məcburi sosial sığorta haqlarının 25 faizə qədəri birbaşa subsidiyalar vasitəsilə təmin ediləcək.

Dövlət Gəlirləri Xidməti 350 müəssisənin dövlət dəstəyinə ehtiyacı olduğu barədə məlumat verib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.