DÜNYA
Avropa Komissiyasının prezidenti növbəti müddət üçün namizədliyini irəli sürməyəcək
Vyana, 12 fevral, AZƏRTAC
Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker növbəti müddət üçün prezidentliyə namizədliyini irəli sürməyəcək. O bu məlumatı “Deutschlandfunk” radiosuna müsahibəsində təsdiqləyib.
Prezident müsahibədə, həmçinin “Brexit” danışıqlarında Avropa İttifaqı ölkələrinin vahid mövqe nümayiş etdirəcəklərinə şübhə ilə yanaşdığını da deyib. O bildirib ki, daha çox Böyük Britaniyanın böyük əziyyət çəkmədən danışıqlarda digər 27 üzv dövlət arasında pərakəndəlik salacağından, hər bir dövlətə fərqli vədlər verəcəyindən ehtiyatlanır.
Yunker onu narahat edən məqamlar sırasında, eyni zamanda, Avropada hələ həyata keçirilməli işlər barədə vahid fikir və ümumi razılığın olmadığını qeyd edib: “Bəzi ölkələr daha çox Avropa tələb etdikləri halda, digər ölkələr daha çox Avropadan narahatdırlar”.
Lüksemburqlu siyasətçi bu vəzifənin icrasına 2014-cü ilin noyabr ayında başlayıb və səlahiyyət müddəti 2019-cu ilin sonunda bitir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]