DÜNYA


Avropa Komissiyasının sədri: “Omikron” ştamını öyrənmək təxminən üç həftə vaxt alacaq

Bakı, 28 noyabr, AZƏRTAC

Koronavirusun “Omikron” ştamını ətraflı öyrənmək üçün alimlərə təxminən iki-üç həftə vaxt lazımdır.

AZƏRTAC xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula Von der Leyen deyib.

“Biz “Omikron” haqqında hər şeyi bilmirik, lakin bu ştam narahatlıq doğurur. Alimlərə və peyvənd istehsalçılarına yeni ştam haqqında tam təsəvvürə malik olmaq üçün iki-üç həftə vaxt lazımdır. Bunu etmək vacibdir. Bu vaxtdan istifadə edin”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, Avropa İttifaqı üçün yeni ştamın yaranması fonunda ən vacib məqam insanların təmas dairəsinin daralması və peyvəndləmə olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.