DÜNYA


Avropa Komissiyasının sədrinin çalışdığı mərtəbədə şübhəli toz aşkarlanıb

Paris, 1 oktyabr, AZƏRTAC

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin çalışdığı mərtəbədə zərfdə naməlum ağ toz aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqı icraçılarının sözçüsü Erik Mamer mətbuata açıqlamasında bildirib. Qeyd edib ki, Avropa Komissiyasının sədrinin çalışdığı mərtəbədə zərfdə ağ toz tapılıb, mərtəbədəki işçilər təcili təxliyə olunub.

Şübhəli toz Mülki Müdafiə orqanları tərəfindən analiz edilir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.