İDMAN


Avropa Liqası: “Bney Yehuda” – “Neftçi” matçının hakimləri açıqlanıb

Bakı, 11 avqust, Nicat Məmmədov, AZƏRTAC

İsraildə “Bney Yehuda” və "Neftçi" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab görüşü üçün təyinatlar açıqlanıb.

AZƏRTAC xəbər verir ki, avqustun 15-də Petah Tikva şəhərində baş tutacaq qarşılaşma italiyalı hakimlər briqadasına həvalə olunub.

Oyunun baş hakimi Daniele Doveri olacaq. Ona Alessandro Kostantso və Alesio Tolfo kömək edəcəklər. Fabritsio Paskua dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Oyunun hakim-inspektoru fransalı Stefan Lannoy, UEFA nümayəndəsi isə estoniyalı Tarqo Kaldoya olacaq.

Qeyd edək ki, "Itztadion HaMoshava"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk matç heç-heçə ilə yekunlaşıb - 2:2.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.