İDMAN


“Avropa Liqası Final 2019”: Könüllülər Proqramında müsahibə mərhələsinə start verilir

Bakı, 8 fevral, AZƏRTAC

Futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Könüllülər Proqramında müsahibə mərhələsinə start verilir.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Bakı Olimpiya Stadionunun məlumat mərkəzində keçiriləcək müsahibə mərhələsi fevralın 9-dan martın 9-dək davam edəcək.

Müsahibə mərhələsində namizədin dil bilikləri yoxlanılacaq, eləcə də könüllü kimi əvvəlki tədbirlərdə təcrübəsi, final oyununda işləmək məqsədi, tədbirə verə biləcəyi töhfələr və digər şəxsi bacarıqları əsas götürüləcək.

Müsahibədən keçən namizədlər üçün proqram çərçivəsində təşkilati məsələlərlə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi ustad dərslərinin keçirilməsi planlaşdırılır. Namizədlər proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirəcək, yeni beynəlxalq dostlar əldə edəcək, eləcə də futbol dünyasının bir hissəsi olacaqlar.

Müsahibədən keçən könüllülər üçün ümumi təlimlərə aprelin 1-də start veriləcək. Mayın 1-dən etibarən isə sahələr üzrə təlimlər təşkil olunacaq. Təlimlər UEFA, beynəlxalq və yerli təlimçilər tərəfindən aparılacaq. Təlimlər əsasən 3 fərqli sahəni əhatə edəcək - ümumi təlim (oyunlar və müştəri xidmətləri barədə məlumatlar), rol təlimi (vəzifə barədə təlim) və məkan təlimi (könüllünün fəaliyyət göstərəcəyi obyekt barədə təlim) olacaq. Könüllülər təlimlərdən faydalanaraq nəzəri biliklər qazanacaq və tədbir zamanı həmin bilikləri praktiki işdə tətbiq etmə imkanı əldə edərək uğurlu gələcək üçün dəyərli təcrübə sahibi olacaqlar.

Xatırladaq ki, dekabrın 13-dən yanvarın 31-dək davam edən qeydiyyat prosesində 3000-dən çox könüllü qeydiyyatdan keçib. Müsahibə mərhələsinə dəvət olunan könüllülərdən isə yalnız 1364 namizəd proqrama qoşulmaq şansı əldə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.