DÜNYA


Avropa Liqası: “Milan”dan möhtəşəm qələbə, “Ayaks” və “Fənərbaxça” məğlub oldu

Bakı, 18 avqust, AZƏRTAC 

Dünən UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, bu mərhələdə bir sıra maraqlı nəticələr qeydə alınıb. İtaliya nəhəngi “Milan” Makedoniyanın “Şkendija” klubuna heç bir şans verməyərək böyük hesablı qələbə qazanıb – 6:0. Günün diqqətçəkən nəticələrindən biri isə Amsterdamda qeydə alınıb. Avropa Liqasının son mövsümünün finalçısı “Ayaks” öz meydanında Norveçin “Rusenborq” klubuna uduzub – 0:1. Türkiyənin “Fənərbaxça” klubu gözlənilmədən Makedoniyada “Vardar”a məğlub olub – 0:2.

Günün digər qarşılaşmaları isə aşağıdakı kimi yekunlaşıb:

“Apollon” – “Middülland” – 3:2, “BATE” – “Oleksandriya” – 1:1, “Dinamo” (Zaqreb) – “Skenderbeu” – 1:1, “Krasnodar” – “Srvena Zvezda” – 3:2, “Nafnarfyordur” – “Braqa” – 1:2, “PAOK” – “Ostersund” – 3:1, “Viktoriya” (Plzen) – “AEK Larnaka” – 3:1, “Altax” – “Makkabi” (Təl-Əviv) – 0:1, “Ludoqorets” – “Suduva” – 2:0, “Panatinaikos” – “Atletik Bilbao” – 2:3, “Brügge” – “Aek” (Afina) – 0:0, “Domjale” – “Marsel” – 1:1, “Vitorul” – “Zaltsburq” – 1:3, “Legiya” – “Şerif” – 1:1, “Osiyek” – “Austriya” (Vyana) – 1:2, “Partizan” – “Videoton” – 0:0, “Everton” – “Hayduk” – 2:0, “Maritimo” – “Dinamo” (Kiyev) – 0:0.

Cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.