İDMAN


Avropa Liqasının final oyununa 52 mindən artıq bilet satılıb

Bakı, 28 may, Nicat Məmmədov, AZƏRTAC

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar paytaxtın 4 nöqtəsində bilet satışı davam edir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) informasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, biletlər "28 Mall", "Port Baku" və "Gənclik Mall" ticarət mərkəzlərində, həmçinin Heydər Əliyev Sarayının kassalarında satılır. Mayın 27-nə olan məlumata görə, final oyununa 52 mindən artıq bilet satılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.